Dicle Zafer zərərsizləşdirilib

25 Sentyabr 2018 09:45 (UTC+04:00)

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan daha bir təhlükəli terrorçu Raife Elmas zərərsizləşdirilib. SİA xəbər verir ki, terrorçu “Dicle Zafer” ləqəbi ilə fəaliyyət göstərib. O, avqustun 15-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının Bingöl bölgəsində terrorçu düşərgələrini bombalaması nəticəsində məhv edilib.

Qeyd edək ki, Raife Elmas Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu kimi axtarışa verilmişdi.