İndoneziyanın Lombok adasında 6,3 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Xidmətinin yaydığı xəbərdə bildirilir ki, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların episentri Lombok adasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə