6,3 bal gücündə zəlzələ
19 Avqust 2018 11:18 (UTC+04:00)
İndoneziyanın Lombok adasında 6,3 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Xidmətinin yaydığı xəbərdə bildirilir ki, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların episentri Lombok adasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.