Saakaşvilinin anası: "Oğlumu qanunsuz tutublar"

Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin anası Qiuli Alasaniya oğlunun Kiyevdə saxlanmasına münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb.

Saakaşvilinin anası oğlunun həbsinin tamamilə qanunsuz olduğunu bildirib. Alasaniya həmçinin mane olmamaq üçün öz təşəbbüsü ilə Ukraynaya getməyəcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə