Bakı şəhərində daha bir Azercell Eksklüziv fəaliyyət göstərəcək FOTO

Abunəçilərinin rahatlığı və xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom paytaxt və regionlarda eksklüziv mağazalarının fəaliyyətini genişləndirir.

Bu dəfə şirkət Bakı şəhəri Tbilisi prospekti, 44C ünvanında, “20 yanvar” metro stansiyasının yaxınlığında açılan yeni konsepsiyalı ofisini abunəçilərin ixtiyarına verib.

Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda və digər məsələlərdə isə müştərilərə peşəkar satış mütəxəssisləri dəstək olur. Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna olmaqla, şirkətin əsas müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün əməliyyatlar da icra olunur. Burada abunəçilər mobil texnologiyaları dəstəkləyən əlavə cihazlar, müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Mağaza həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər abunəçilərə yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır. Onu da qeyd edək ki, açılış günündə Azercell Eksklüziv mağazasından alış-veriş edən müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə qazanıblar.

Qeyd edək ki, ilin sonuna qədər Azercell Bakı və regionlarda yeni Eksklüziv mağazalarının sayını artırmağı planlaşdırır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...