Beyin dalğaları ilə işləyən virtual proqram hazırlandı

Türkiyədə beyin dalğaları ilə işləyən virtual proqram hazırlanıb. Bunu İzmir İqtisadi Universitetinin mütəxəssisləri həyata keçirib.

Araşdırma nəticəsində bu proqramın iflic xəstələrinə kəlimə hecalama, fiziki qüsurlu insanların elektriklə işləyən arabaları idarə etmək üçün hazırlandığı bildirilib. Qeyd olunub ki, proqram ümumiyyətlə hərəkət edə bilməyən xəstələrə gələcək üçün ümid verən ən yaxşı vasitə olacaq.

loading...