"Bavariya": "Belə futbolçunu buraxmaq olmaz"

"Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge Robert Levandovski haqda maraqlı fikirlər səsləndirib. "Bild" nəşrinin yazdığına görə, futbol funksioneri polşalı hücumçunu tanınmış aktyor və bodibildinqçi Arnold Şvartsneqqerə bənzədib: "Roberto "Bavariya"da özünü rahat hiss edir. Buradakı inkişafından razıdır. Onun çıxışına, bədəninə fikir verin. Hələ uzun illər bu səviyyədə oynamağa qadirdir. Belə futbolçunu buraxmaq olmaz. Onun bədəni Şvartsneqqerdəki kimidir".

Qeyd edək ki, Levandovski 2014-cü ilin yayından "Bavariya"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...