Triatlon üzrə Azərbaycanın yığmasının üzvü Rostislav Pevtsov Hollandiyanın Veert şəhərində keçirilən Avropa çempionatında dördüncü yeri tutub. SİA-nın məlumatına görə, Azərbaycan Triatlon Federasiyasından bildiriblər ki, R.Pevtsov 1500 metrlik su məsafəsini 16 dəqiqə 13 saniyəyə başa vurub. Ardınca 40 kilometrlik velodistansiyanı 48 dəqiqə 4 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını idmançımız 30 dəqiqə 9 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 1 saat 36 dəqiqə 3 saniyəlik göstərici ilə 4-cü yerdə qərarlaşıb.
Altmış dörd idmançının mübarizə apardığı turnirin qalibi britaniyalı Alister Braunli olub.
Avropa çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 23-cü çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə