Bakı birinciliyinə start verilib

Mayın 31-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə start verilib. SİA-nın məlumatına görə, yarışlar Azərbaycan Atletika Federasiyasının (AAF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Yarışda 8 komandadan 100-dən çox atlet iştirak edir.

Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhə atma, nizə atma yarışlarında qüvvələrini sınayırlar.

Qeyd edək ki, yarışa iyunun 1-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə