Mayın 25-də Bakıda aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi şəraitində keçib. SİA-nın məlumatına görə, çempionatın ikinci günündə böyük gimnastlar mübarizəyə qoşulublar.
Aerodans proqramında çıxış edən Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov və Mədina Mustafayevadan ibarət komandamız təsnifat mərhələsində 17,350 xalla ikinci olub və finala yüksəlib. Komandamız finalda Rusiya, İtaliya, Macarıstan, Ukrayna və Almaniya kollektivləri ilə birgə mübarizə aparacaq.
Avropa çempionatında fərdi qadın proqramı üzrə təsnifat yarışlarında hakimlərdən 21,300 xal alan Rusiya idmançısı Yekaterina Pixatova birinci olub. Türkiyəli Begüm Ayşe Onbaşı təsnifat mərhələsini ikinci, digər rusiyalı idmançı Tatyana Konakova üçüncü pillədə başa vurublar. İlk üçlükdən əlavə, Bolqarıstan gimnastları Darina Paşova, Ana-Maria Stoilova, ispaniyalı Belen Quillemot Esterleç, Portuqaliya təmsilçisi Sara Silva və rumıniyalı Sandra Kristina Dinca da finalda yarışacaqlar. Azərbaycan təmsilçiləri Xoşqədəm Quliyeva 25-ci, Nərminə Hüseynova isə 31-ci olublar.
Turnirdə üçlüklərin təsnifat yarışında Macarıstan komandası fərqlənib. Macarıstanlı gimnastların çıxışları hakimlər tərəfindən 22,361 xalla qiymətləndirilib. İlk üçlüyü Rusiya və Rumıniyanın ikinci komandaları tamamlayıblar. İlk üç pillədə qərarlaşan komandalarla yanaşı, finalda Rusiya, Rumıniya, Türkiyə, İtaliya-2 və Finalandiya-2 kollektivləri medallar uğrunda mübarizə aparacaqlar.
Avropa çempionatında fərdi kişi proqramı üzrə yarışlarda Rusiya idmançıları uğurla çıxış ediblər.Hakimlərdən 21,950 xal alan Roman Semenov birinci olub. Onun komanda yoldaşı Timur Kulaev 21,500 xalla ikinci pillədə yer alıb. Bolqarıstanlı Antonio Papazov 21,350 xalla ilk üçlüyü tamamlayıb. Azərbaycan gimnastları Vladimir Dolmatov 9-cu, Elçin Məmmədov isə 18-ci yerdə qərarlaşıblar.
Qarışıq cütlüklərin yarışlarında Macarıstan-2 komandası 22,050 xalla bütün rəqiblərini qabaqlayıb. Rusiya-2 kollektivi 21,950 xalla yarışı ikinci, Rumıniya-2 komandası isə 21,650 xalla üçüncü pillədə başa vurub. Azərbaycan komandası 17-ci pillədə yer alıb.
Qrupların təsnifat yarışında 19,555 xalla Azərbaycan komandası yeddinci olub və finala yüksəlib. Bolqarıstan 22,066 xalla bütün rəqiblərini qabaqlayıb. Rusiya 22 xalla ikinci, Rumıniya 21,983 xalla üçüncü pillədə qərarlaşıblar.
Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Böyüklərin komanda hesabında Rusiya birinci, Rumıniya ikinci, Macarıstan isə üçüncü olub.
Mayın 26-da yekun vurulacaq çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Masallı” klubuna texniki məğlubiyyət verilib
İdman 14:31Tayvanda güclü zəlzələ oldu
Dünya 14:28Mehriban Əliyeva Ümummilli Liderlə bağlı paylaşım edib
Siyasət 14:09Ceyhun Bayramov qazaxıstanlı həmkarını məlumatlandırıb
Siyasət 13:06Deputatlar Şimali Kiprə səfər edəcəklər
Siyasət 12:42Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Sosial 12:39Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək
Mədəniyyət 12:35AÇG-dən SOCAR-a qazın ötürülməsi 17%-dək artıb
İqtisadiyyat 12:30Fəal siyası əlaqələr
Siyasət 12:27Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
Siyasət 12:17Naxçıvanda iki gənc göldə boğularaq ölüb
Hadisə 12:07Azərbaycanda ICESCO-nun regional ofisi açılacaq - BAŞ DİREKTOR
İqtisadiyyat 12:05Azərbaycanda daha bir sığorta şirkətinin rəhbər şəxsi cərimələnib
İqtisadiyyat 12:04Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Siyasət 11:56Görkəmli dövlət xadimi, əfsanəvi şəxsiyyət
Siyasət 11:55Türkiyə ilə Azərbaycan arasında 4 müqavilə imzalanıb
İqtisadiyyat 11:54Oğuzda əl qumbaraları və sursat aşkarlanıb
Hadisə 11:47Qarabağda zəmanət və subsidiya mexanizminə ilk sahibkar müraciəti olub
İqtisadiyyat 11:38COP29 Azərbaycanın gücünə güc qatacaq TƏHLİL
Siyasət 11:36DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb - FOTOLAR
İqtisadiyyat 11:35Niderland şirkəti Azərbaycan startapını alıb
İqtisadiyyat 11:29"Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də..."
Siyasət 11:19Ötən sutka 15 yanğına çıxış olub - FHN
Hadisə 11:18Mərkəzi Bank “Atəşgah Həyat”ın vəzifəli şəxsini cərimələyib
İqtisadiyyat 11:16Mayın 11-12-də maqnit qasırğası gözlənilir
Hadisə 11:02Ağcabədidə yol qəzası olub, 84 yaşlı sürücü ölüb
Hadisə 10:39YAP parlament seçkilərinə hazırlaşır - Tahir Budaqov
Siyasət 10:36Bu gün yarımfinalın daha bir görüşü keçiriləcək
İdman 10:0982 kiloqram narkotik aşkarlanıb
Hadisə 09:48“Brent” neftinin qiyməti 84 dolları ötüb
İqtisadiyyat 09:47Nyu-York birjasında təbii qazın bahalaşması davam edir
İqtisadiyyat 09:45Qızılın qiyməti yenidən artıb
İqtisadiyyat 09:43Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İqtisadiyyat 09:38Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8316 +0,32%
- GBP 2,1276 +0,24%
- RUB 0,0185 -0,54%