“Bakı 2019”a hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib - FOTOLAR

Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq çərçivəsində Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin, “Bakı 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə atletika hakimləri üçün 2-ci seminara start verilib.

Azərbaycan Atletika Federasiyasından SİA-ya bildiriblər ki, seminarın açılışında federasiyanın baş katibi Məhərrəm Sultanzadə və hakimlər kollegiyasının sədri Şirin Vəliyev çıxış ediblər.

İyirimi səkkiz hakimin iştirak etdiyi seminarın sonunda iştirakçılar imtahan verəcəklər. Seminarın lektorları baş hakim Nemət Heydərov və Kənan Məhərrəmovdur.

Qeyd edək ki, seminara mayın 23-də yekun vurulacaq

Bütün xəbərlər Facebook səhifəmizdə