"Mançester Yunayted"in müdafiəçisi Kris Smollinq iddialı açıqlama ilə gündəmə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün "Barselona" ilə keçiriləcək ilk oyuna hazır olduqlarını bildirib.
İngiltərə millisinin üzvü rəqibin kapitanı Lionel Messidən çəkinmədiyini söyləyib, hətta ona meydan oxuyub: "Belə oyunlardan zövq almaq lazımdır. Şanslıyam ki, bu mövsüm Kriştiano Ronaldo və Kilian Mbappeyə qarşı oynamışam. İndi də rəqib Messi olsun. Mən və komanda yoldaşlarım bu çətinlikləri yaşamışıq. Digərlərindən necə qorxmamışamsa, Messidən də qorxmuram. Messiyə demək istəyirəm ki, onu gözləyirəm".
Qeyd edək ki, "Mançester Yunayted" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə