"Neftçi”nin kapitanı məşqlərə başlayıb

Futbol üzrə Topaz Premyer Liqasının lideri "Neftçi” hazırlğı davam etdirir. Klubun saytında yer alan məlumata görə, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan Ruslan Abışov məşqlərə başlayıb. Kapitan komanda üzvlərindən ayrı fərdi məşq edib. Hazırlıq sabah da bir məşqlə davam edəcək. Qeyd edək ki noyabrın 25-də "Bayıl Arena”da keçiriləcək "Səbail” – "Neftçi” oyunu saat 17:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə