Dik Advokat “Utrext”in sükanı arxasına keçir

Hollandiyalı məşqçi Dik Advokatın yeni iş yeri məlum olub. Hollandiya mətbuatı yazır ki, 70 yaşlı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək. Erediviziya təmsilçisi “Utrext”lə anlaşan məşqçi sentyabrın 16-da “Emmen”lə keçiriləcək oyunda yeni vəzifəsinin icrasına başlayacaq.
Qeyd dək ki, PSV, “Reyncers”, “Zenit”, “Borussiya” (Münhenqladbax), “Fənərbaxça” kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ, Hollandiya millilərinin də baş məşqçisi olub. O, son olaraq Hollandiyanın “Sparta” klubunda işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə