"Qarabağ"ın "Ludoqorets"lə keçirəcəyi yoxlama oyununun vaxtı bilindi

"Qarabağ"ın Avstriya toplanışı çərçivəsində "Ludoqorets"lə keçirəcəyi yoxlama oyununun başlama saatı bəlli olub. Qol.az-ın əldə etdiyi məlumata görə, Bolqarıstan klubuyla iyunun 23-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qeyd edək ki, "Qarabağ" "Ludoqorets"lə yanaşı, iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) klubları ilə yoxlama oyunları keçiriəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə