Azərbaycan güləşçisi AÇ-də bürünc medal qazanıb

Xəbər verdiyimiz kimi, Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, sərbəst güləşçilərimizdən Kənan Heybətov (45 kq) medal uğrunda mübarizə aparmaq şansı qazanıb. O, bürünc medal uğrunda görüşə çıxıb. Ukrayna idmançısına qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Digər sərbəst güləşçilərimizdən Turan Bayramov, Fuad Mayılov və İslam Abuyev finala yüksəlib. Əlihəsən Əmirli bürünc medal görüşünə çıxacaq, Əbülfəz Nəsirov isə təsəlliverici görüşə qatılacaq.

Final görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...