“Qalatasaray” Konoplyankanı transfer etmək istəyir

İstanbulun “Qalatasaray” futbol klubu, “Şalke”nin futbolçusu Yevgeni Konoplyankanı heyətinə cəlb etmək istəyir.

Bu barədə “Bein Sports” məlumat yayıb. Xəbərdə deyilir ki, İstanbul təmsilçisi ukraynalı hücumçu və onun klubu ilə danışıqlara başlayıb. Qeyd edək ki, ötən mövsüm "Şalke"nin heyətində 29 oyuna çıxan Konoplyanka 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə