Buta Airways” aviaşirkəti ilə Kiyevə uçan sərnişinlərin nəzərinə

Bakı-Kiyev reysini həyata keçirən "Buta Airways" aviaşirkətinə məxsus təyyarələr "Kiyev" (Julyanı) aeroportuna deyil, "Borispol" beynəlxalq hava limanına enəcək.

SİA "Kiyev" aeroportunun saytına istinadən bildirir ki, uçuş zolaqlarının təmiri ilə əlaqədar olaraq sentyabrın 2-dən aeroporta uçuşlar müvəqqəti dayandırılır. Bu aeroporta uçan təyyarələr şəhərdən 50-60 kilometr məsafədə yerləşən "Borispol" beynəlxalq hava limanına enəcək. Sentyabrın 12-dən isə "Kiyev" (Julyanı) aeroportu bütün şirkətlərin təyyarələrini qəbul etməyə başlayacaq.

Qeyd edək ki, "Buta Airways" aviaşirkəti həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı aviareysini həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə