Bakıya qazın verilişi bərpa olunub

Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub. SİA-nın məlumatına görə, bu barədə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, hadisə nəticəsində Bakının bir hissəsinə qaz təchizatı dayandırılıb: "Gecə saat 01 radələrində baş vermiş sızma ilə əlaqədar Bakının Xətai və Nizami rayonlarına qaz təchizatı dayandırılıb. Artıq sızma aradan qaldırılıb və qazın verilişi bərpa olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə