FHN-in regional mərkəzlərində qanvermə aksiyası keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran və Cənub Regional mərkəzlərində qanvermə aksiyası keçirilib. FHN-dən SİA-ya bildiriblər ki, aksiyanın məqsədi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində bu xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etmək olub. Mərkəzlərin şəxsi heyəti qanvermə aksiyasında yüksək fəallıqla iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə