QTA növbəti maarifləndirici videoçarx hazırlayıb VİDEO

Qida Təhlükəsizliyi Agentliyi növbəti maarifləndirici videoçarx hazırlayıb. Agentlikdən SİA-ya verilən xəbərə görə, yeni videoçarxda qida zəncirinin istehsalat, dövlət nəzarəti və istehlak mərhələləri öz əksini tapır. Videoçarxın hazırlanmasında əsas məqsəd “tarladan süfrəyə” qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

Agentliyin təqdim etdiyi videoçarxda həyata keçirilən nəzarət tədbirləri, qida məhsullarından laborator analizlər üçün nümunənin götürülməsi və istehlakçıların qida təhlükəsizliyi prosesində iştirakı öz əksini tapıb. Həmçinin videoçarxda istehlakçıların qida təhlükəsizliyi prosesində iştirak etməklə əslində öz ictimai vəzifələrini həyata keçirdikləri vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə