Haynrix Böllün “İki roman”ı işıq üzü gördü

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr Almaniya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Haynrix Böllün “Bir təlxəyin düşüncələri” və “…Və bircə kəlmə də demədi” romanları daxil edilmiş “İki roman” kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, kitabın redaktoru Mahir N. Qarayev, ön sözün müəllifi filologiya elmləri doktoru Rüstəm Kamaldır.

Əsərləri alman dilindən tanınmış tərcüməçi Vilayət Hacıyev çevirib.

Bütün xəbərlər Facebook səhifəmizdə