MAA-nın tələbələri Quba Soyqırımı Kompleksini ziyarət edib

"Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyası və Mülki Aviasiya Muzeyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 99-cu ildönümü ilə bağlı Milli Aviasiya Akademiyasının tələbələrinin və əməkdaşlarının iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil edib.

Mülki Aviasiya Muzeyinin mətbuat xidmətindən bildirilib ki, ekskursiya zamanı tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, kütləvi məzarlıq üzərinə tər qərənfillər düzərək soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Kompleksin əməkdaşı tərəfindən tələbələrə 1918-ci ildə baş vermiş tarixi cinayət haqqında ətraflı məlumat verilib, ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı törətdikləri vandalizmin miqyası və dəhşətləri geniş şəkildə danışılıb. Sonra erməni vəhşiliklərini sübut edən tarixi sənədlər və fotoşəkillərdən ibarət ekspozisiyaya baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə