Aysel bayağı mahnı oxuyan ifaçıları "yıxıb-sürüdü" VİDEO

Müğənni Aysel Əlizadə bayağı mahnı oxuyan ifaçıları tənqid edib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: "Kimdə nə yoxdursa, ondan danışır. Məsələn, baxırsan nə gündədi. Amma deyir ki, filankəsin məndən ötrü ürəyi gedir. O cür insanlara psixoloji durumu pis olan kimi baxıram. Onlara inkişaf etməyi, reallığı görməyi diləyirəm. Öz qüsurlarınla gərək barışasan. Görür filankəs şortik geyinir, deyir, mütləq mən də etməliyəm. Axı getdiyin yerə uyğun deyil. Bacarmırsansa, ətraf sənə güləcəksə, gedib özünü biabır etməmək daha məntiqlidir. Bilsəm ki səsim, savadım yoxdur, durub mahnı oxumaram. Utanaram, oxumağa.

Bəzi ifaları dinləyib, onlardan utanıram. Qulağım onu qəbul etmir. Özümü öldürüm? Özümü o mahnılarda tapa bilmirəm. İstəyərdim ki, heç kim tapmasın. Sənəti olan bəllidir. Tamaşaçının qulağı güclüdür. Bilir savadlı, savadsız kimdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...