Prezident Bilal Əliyevə ev bağışladı

Prezident İlham Əliyev Xalq artisit Bilal Əliyevə ev bağışlayıb. SİA-nın məlumatına görə, o, bu barədə özü xəbər yayıb: "Cənab Prezident, bu gün bizim ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Siz təmirsiz, şəraitsiz evdə yaşamağımı, 60 illik yubileyimi nəzərə alaraq, mənə gözəl bir mənzil hədiyyə etdiniz. Buna görə bütün ailəmiz, Bilal Əliyev sevənlər adından sizə sonsuz minnətdarlığımı bildirirəm. Allah sizi qorusun".

Qeyd edək ki, Prezidentin B.Əliyevə hədiyyə etdiyi mənzil üçotaqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...