Tünzalə Ağayeva :"Sosial mediamda zir-zibil görmək istəmirəm"

Xalq artisti Tünzalə Ağayeva Avto FM-də qonaq olub. SİA-nın məlumatına görə, o, izləyicilərini təhqir edib: "Sosial media mənə tamamilə yanlış insan təbəqəsini tanıtdı. Onlar da yanlışıqla məni izləməyə başladı. Məndən izlənmə və blok sayını soruşsanız. Blok sayım artıq 2 milyona çatır. Günə 10 profil blok edirəm”.

Sənətçi haqqında yazılan dekolte xəbərlərindən və gündəmdən şikayətlənib: “Sosial mediamda zir-zibil görmək istəmirəm. Gözlərim ona layiq deyil. Bu gün üzülürəm ki, səviyyəsiz bir ortama reytinq deyirik. Tünzalənin dekoltesi üst xəbər olmamalıdır. Bu günün əsas xəbərinə çevirilir”.

Onun bu sözləri sosial şəbəkədə böyük müzakirələrə səbəb olub. İzləyicilər onu tənqid atəşinə tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...