Xoşqədəm: "Səni elə itirərəm, heç özüm də tapa bilmərəm"

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) idarə etdiyi verilişdə aparıcı Xoşqədəm Baxşəliyevanın və müğənni həyat yoldaşı Doğuşun sirrinin üstünü açıb. SİA-nın məlumatına görə, Tolik efirdə bu sözləri deyib: "Doğuşun 2 milyon izləyicisi olan "İnstagram" səhifəsi var. Xoşqədəm Hidayətqızı onun parolunu bilir və istədiyi zaman girib, mesajları oxuyur. Hətta bir qız sosial şəbəkədə Doğuşa sevgi mesajı yazıb. Xoşqədəm də həmin qıza cavab yazıb ki, səni elə itirərəm, heç özüm də tapa bilmərəm. Bunu bil, ona görə bir də yazma".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...