Afətin əri var imiş: "Mən evliyəm" FOTO

Dahi şair Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənni Afət Fərmanqızı bu dəfə şəxsi həyatını ortaya atıb. SİA-nın məlumatına görə, ifaçı sevdiyi şəxsin üzünü gizlədərək, əl-ələ çəkdirdiyi fotosunu "İnsagram" səhifəsində yayımlayıb və bu sözləri yazıb: "Həyat yoldaşım yanımda olsun, mənim üçün bir ömür bəsdir. Şəxsi həyatım haqda danışmağı sevmirəm. Amma bəzi insanlar həyatıma burnunu soxmasın və məndən əl çəksinlər. Bilsinlər ki, mən evliyəm. Ərimin kimliyini mənə lazım olan insanlar bilir. Sosial şəbəkədə neqativ yazanlara və düşünənlərə də demək istəyirəm ki, öz ailənizdəki çirkabları təmizləyin".

Həmin fotonu təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə