İzləyicilər Nazpərini qınadılar VİDEO

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyeva öz atası, əmisi və bibiləri haqda şok iddialar səsləndirib. SİA-nın məlumatına görə, sənətçi isə qardaşı qızının bu sözlərinə münasibət bildirib: "Hər zaman ayağımdan dartmağa çalışanlar çox olub. Ünvanıma deyilən şər-böhtanlara həmişə səbrlə yanaşmışam və susmuşam. Videosu yayılan bu sərxoş qadın guya mənim qardaşım qızıdır. O, qız ancaq məni şantaj edir. Atası dediyi Ağalar qardaşımdır. Onun da rəsmi nikahdan iki oğlu var. Qardaşımın gəncliyində ətrafında xanımlar çox olub. Bu qız da yəqin qeyri-qanuni şəkildə dünyaya gələn biridir. Ağaların cavanlıqda etdiyi bu səhvə görə çox təəssüf edirəm. Pərvanənin məni şantaj etməsinin səbəbini də bilirəm. Çünki onun anasını və özünü heç vaxt qəbul etməmişəm və etməyəcəm də. Sosial şəbəkədə yaydığı videodan da görünür ki, Pərvanənin ağlı başında deyil. Bütün danışdıqları cəfəngiyyatdır. Ona görə də mən onun sözlərini ciddiyə almıram".

Xalq artistinin bu sözləri sosial şəbəkədə müzakirə olunub və xoş qarşılanmayıb. Belə ki, Nazpərinin digər paylaşımlarında izləyicilər onu linç ediblər. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti Pərvanəyə inandıqlarını deyərək, sənətçiyə tənqidlər yağdırıblar.

"Nə oldu, bəs, tanımırdın? İndi də deyirsən qəbul etmişəm”, “Siz qardaşınızın hərəkətinə necə göz yummusunuz?”, “Ayıb olsun, nəyini qəbul etmirsən, gül kimi qızdı” kimi N.Dostəliyevaya şərhlər yazıblar.

Qeyd edək ki, Pərvanə Dostəliyeva bu iddiaları səsləndirmişdi: “İllər əvvəl paylaşa bilmədiyim dərdimi danışmağa qərar verdim. Qətiyyən məşhur olmaq fikrim yoxdur. İstəsəydim 24 yaşımda məşhur olardım. İstedadım var idi. Şərəfsiz, niyə mən müsabiqədə ikən ayağımdan çəkdin? Qardaşını öyrədirdin. İndi qardaşın Ağalar küçədə yatır. İtə yemək verilən kimi ona yemək verirlər. Allah sizin bəlanızı versin. Anama küçə adamı deyirdilər. Altı yaşım olanda atam Ağalar Dostəliyev mənə Zeynəb Dostəliyevanın mikrorayondakı evində təcavüz edib. Yalandan deyirəmsə, balam ölsün. İndiyəcən susmağımın səbəbi qorxmağım idi. Hazırda xaricdəyəm. Məni nənəm saxlayıb, amma nə atam, nə də bibilərim baxmayıb.

Anamı bədbəxt edib, küçələrə saldılar. Zeynəb anamı təhqir edirdi. İndi 72 yaşın var, bacın da səndən 10 il balacadır. Görün, nə gündəsiniz. Hamısını kişilərə görə edirdiniz. Kişilərin sayəsində bu günlərə gəlib çıxmısınız. Övladım bu dərdi eşitdi. Qızım özünü balkondan atırdı, anam icazə vermədi. Əgər, qızıma ölmüş olsa idi, Nazpərini gəlib, biçərdim. Süni gülüşləri var. Onların xoşbəxt olmağını görüb, yanıram. Anamın həyatını puç elədilər. Yaxşı, mənim günahım nə idi? Anama min dənə ad qoydunuz. Sizi yanasınız! Qardaşın İlqar Dostəliyev anama sataşmışdı. Qardaşın, mənim atam Ağalar kişi deyil. Kişi olsa idi, qızına ilk dəfə Zeynəbin blokunda, sonra 10 gün Zeynəbin evində təcavüz etməzdi. Nazpəri, səndən it kimi qorxurdum. Nazpəri məni yer üzündən yox edərdi. Hansı üzlə insanların qarşısına çıxırsan?”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...