Eldar Qasımov Qazaxıstanda çıxış edib VİDEO+FOTOLAR

Tanınmış müğənni Eldar Qasımov Qazaxıstanda baş tutan Novruz konsertində çıxış edib. E.Qasımov dövlət rəsmilərinin də qatıldığı təntənəli bayram konsertində öz mahnılarını və repertuarına yeni əlavə etdiyi "Novruz gəlir, yaz gəlir" mahnısını ifa edib.

SİA-ya açıqlama verən E.Qasımov sözügedən mahnının yeni aranjimanda ölkə xaricində də böyük marağa səbəb olduğunu bildirib: "Martın 22-si Qazaxıstanda təntənəli bayram konserti təşkil olunmuşdu. Tədbirdə Almatının icra başçısı və digər dövlət adamları iştirak edirdi. Səhnəyə çıxdım və "Novruz gəlir, yaz gəlir" mahnısını ifa etdim. Daha sonra məndən axşam da çıxış etməyimi istədilər və həmin konsertdə də iştirak edən tamaşaçıların arzusu ilə yeni aranjiman olunmuş sözügedən mahnını bir daha oxudum. Mahnı çox sevildi. Hətta qazaxıstanlı müğənni mənə mahnını ifa etməsi üçün müraciət etdi".

Qeyd edək ki, Eldar Qasımov Qazaxıstan səhnəsində 24 rəqqasə ilə birgə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə