Acun sevgi yaşadığı xanımı tanımadı FOTOLAR

Acun Ilıcalının qalmaqallı sevgi münasibətləri gündəmdən düşmür. SİA-nın verdiyi xəbərə görə, türk mətbuatı onun “Miss Turkey 2015” gözəli Melike Tanerlə eşq yaşadığını iddia edir.

Buna səbəb isə bu günlərdə Melike Tanerin “Survivor”un çəkilişlərinin getdiyi Dominikana getməsidir. Belə ki, Melike "İnstagram"dakı profil fotosunda Acunun şəxsi təyyarəsinin qarşısında foto çəkdirib.

Daha sonra “Survivor”un çəkiliş meydançasından "İnstagram" “Story”də paylaşımlar edir.

Ötən gün Acunun Şeyma Subaşıdan ayrılandan sonra adının sevgi münasibətində hallandığı Itır Esenin restoranların birində ağlaması da iddiaları gücləndirib.

Lakin Ilıcalı sosial media hesabında açıqlama yayıb: "Melike Taner adlı xanımı görməmişəm, eşitməmişəm və tanımıram".

Bütün xəbərlər Facebook səhifəmizdə