"Uşaqlara süd vermirəm, küvəzin altındadılar" FOTO

Müğənni Rəqsanə İsmayılova ana olduqdan sonra xeyli çəki atıb. SİA-nın məlumatına görə, sənətçi arıqlamaq üçün heç bir əməliyyat etdirmədiyini bildirib: "Heç bir əməliyyat etdirməmişəm, etsəm deyərəm. Hamiləlikdə sentyabra qədər 80 kiloqram idim. Uşaqlar dünyaya gəldiyi gündən stress yaşayıram, yemirəm. Bəzi dərmanlar qəbul edirəm ki, ona görə yeməliyəm. Soruşursuz, uşaqlara süd verirəm? Vermirəm, çünki uşaqlarım dünyaya gələndən reanimasiyada, küvəzin altında qaldılar. Onlar qidanı burunlarından zont vasitəsilə qəbul edirlər".

Qeyd edək ki, Rəqsanənin əkizləri 7 ayında dünyaya gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə