Mehribandan onu tənqid edənlərə cavab: "Yaxşı eləmişəm" VİDEOLAR

Əməkdar artist Mehriban Xanlarova aparıcısı olduğu verilişdə hər kəsi şoka salan məqam yaşanıb. SİA-nın məlumatına görə, aktrisa proqramına sosial şəbəkədə "Azəri Van Dam" kimi tanınan oğlanı qonaq edib.

Veriliş zamanı M.Xanlarova qonaqla birlikdə şou nümayiş etdirib. Həmin an onların nümayiş etdirdiyi hərəkətlər sosial şəbəkədə tənqid edilib. İzləyicilər aktrisanın hərəkətinin yaşına uyğun olmadığını yazıblar.

Əməkdar artist Mehriban Xanlarova onu tənqid edənlərə cavab verib: "Hər kəs bilir ki, mənim sənətim aktrisalıqdır. Əgər efirdəyəmsə, hər bir obrazı məharətlə yerinə yetirməliyəm. "Azəri Vandam" mənim qonağım idi. Ona hörmətsizlik olmasın deyə şpaqat açmaq istədim, halbuki, bu, məndə alınmadı, hamı gördü ki, mən sonadək şpaqat aça bilmədim. Sadəcə qonağıma hörmət əlaməti kimi onun hərəkətlərini təkrarladım. Mən bunu küçədə eləməmişəm. Bunu reklam eləməmişəm. Eləmişəm, özlüyümdə, yaxşı eləmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...