1 ildə 40,5 milyon dollar qazanc əldə edən aktrisa

Amerikalı aktrisa Skarlett Yohansson 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib və “Forbes” jurnalının versiyasına görə, ən yüksək maaşlı aktrisa olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, S.Yohansson üçün əsas gəlir mənbəyi rolunu “Qisasçılar” silsiləsindən olan “Qara dul qadın” filmində oynadığı rus casusu rolu oynayıb. Bu rol onun gəlirini 4 dəfə artırıb.

Siyahıda ikinci yeri “Malefisenta 2” ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub. “Dostlar” teleserialının ulduzu Cennifer Eniston ötən illə müqayisədə bir pillə geriləyərək 19,5 milyon dollar gəlirlə üçüncü yerdə qərarlaşıb. Beşliyi Cennifer Lourens və Riz Uizerspun qapayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...