Flora Kərimova Babək Niftəliyevin dodağından öpdü VİDEO

Xalq artisti Flora Kərimova evinin qapılarını verilişlərin biri üçün açıb. SİA-nın məlumatına görə, müğənninin Fatmayidə yerləşən bağ evinə proqram zamanı əməkdar artist Babək Niftəliyev qonaq gəlib.

Çəkiliş zamanı Babək qarabağlı olduğunu deyib. Kərimova həmin an xanəndənin dodağından öpüb.

Bu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sözügedən video sosial şəbəkə istifadəçiləri tərəfindən böyük səs-küylə qarşılanaraq, bəyənilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə