Sevda ikinci ərindən də ayrılmasını təsdiqlədi FOTO

Bir neçə gün bundan öncə əri ilə ayrılma xəbəri yayılan müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrıldığını özü təsdiq edib. SİA-nın məlumatına görə, o, bu haqda "İnstagram" səhifəsində xəbər yayıb: "Bu gün ayrılığımı təsdiqləyirəm. Çox çırpındım bu ailənin dağılmaması üçün. Amma tək gücüm bu qədər yetdi. Allah bundan sonra balalarıma görə güc versin onları böyüdüm. Çünki bu yaşda mən yiyəsizliyə dözə bilmirəm, onlar nə edər?"

Qeyd edək ki, Sevda bir neçə gün əvvəl saytımıza açıqlama verərək, xəbərin yalnış olduğunu demişdi. Hətta müğənni həyat yoldaşı ilə fotosunu sosial şəbəkədə paylaşaraq xəbərin yalan olduğunu bildirmişdi. Bu gün isə o, ayrıldığını təsdiqləyib.

Xatırladaq ki, bu, Sevdanın ikinci nikahıdır. Sənətçi birinci həyat yoldaşı ilə cəmi 2 ay evli qalıb. Daha sonra isə Cəmil bəylə ailə qurub. Onun ilk evliliyindən bir oğul, ikinci nikahından isə bir qız övladı var. İfaçı Cəmilin anası ilə dəfələrlə qalmaqal yaşamışdı. Xanım Sevdanı oğlunun ailəsini dağıtmaqda günühlandırırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə