Tolik yenə ailəmi bir-birinə qatdı

Prodüser Tarix Əliyev (Tolik) daha bir söz-söhbətə səbəb olacaq ifadələr işlədib. SİA-nın məlumatına görə, prodüser aparıcısı olduğu “Hər şey daxil” verilişində müğənni Üzeyir Mehdizadə ilə bağlı fikirlərini bölüşüb: "Bir kütlə ki, Üzeyiri bu gün sevirsə, o, azərbaycanlı kütləsidir. O nə ermənidi, nə talışdı, nə qazaxdı. Biz onu kütlələrə bölməməliyik. 50 milyonluq azərbaycanlıyıq. Üzeyirə qulaq asanlar yaxşı adam deyil, Miri Yusifə qulaq asanlar yaxşıdır? Bu nə deməkdir? Bunu hansı kriteriyalarla götürürük?”.

Tolik bu açıqlamasından sonra talışları ermənilərlə bir tutduğu üçün tənqid atəşinə tutulub. Məsələ ilə bağlı olaraq, Tolik "İnstagram" səhifəsində bunları yazıb: "Bəzi qanmazlara demək istəyirəm ki, özünüzlə məni səhv salmayın. Azərbaycanın hər bölgəsi mənə əzizdir. Canlı efirdir, bəlkə nəsə düz cümlə qurub fikrimi çatdıra bilməmişəmsə, dərhal gic-gic fikirlər səsləndirməyin. Burada yazanlar, qurban olasınız talışlara da, qazaxlılara da. Mənim hər iki bölgədən elə dostlarım var ki... Həmişə demişəm, ana nənəm Boradigahdandır”.

Bütün xəbərlər Facebook səhifəmizdə