Bu məşhur xanım Aygünü təkrarladı FOTO

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva xalq artisti Aygün Kazımovanın geyimini təkrarlayıb. SİA-nın məlumatına görə, model aparıcısı olduğu “Tarzınız olsun” proqramında Kazımovanın bir neçə ay bundan əvvəl fotosessiyası üçün istifadə etdiyi paltarı seçib. Musayeva proqramdan çəkilən fotoları "İnstagram" səhifəsində paylaşıb.

Qeyd edək ki, hər iki məşhurun seçdiyi libas dizayner Rüfət İsmayıla məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə