Həmyerlimiz "S&D Magazine" jurnalını təqdim etdi AÇIQLAMA-FOTOLAR

Uzun illərdir Amerikada yaşayan əslən azərbaycanlı model Stefano Suaros yenidən Amerikada məşhur modaçıları başına toplayıb. Həmyerlimiz "S&D Magazine" jurnalını təqdim edib. New Yorkun mərkəz otellərinin birində baş tutan təqdimatda tanınmış biznesmenlər, dizaynerlər və top modellər iştirak edib. Bu haqda Stefano Suaros SİA-ya açıqlama verib: "Bu gün çox xoşbəxtəm. Nəhayət ki, S&D Fashion Akademiyasının uzun zamandır üzərində çalışdığım "S&D Magazine" dərgisini təqdim elədim. Çox yüksək kefiyyətdə hazırlanan dərgimiz həm qiymət, həm də dizayn baxımından bir çox jurnallardan fərqlənir. Dərgidə dünyanın bir çox brend markaları, dizaynerləri və məhşur modelləri, eyni zamanda həmyerlimiz müğənni İlhamə Qasımova da yer alıb. Təqdimat çox gözəl keçdi. Yaxın dostlarım, iş adamları qonağım oldu. Jurnal Azərbaycanda daxil olmaqla dünyanın 11 ölkəsində satışa çıxarılıb və çox qürur duyuram ki, Amerikada yüksək kefiyyətdə moda dərgisinə sahib olan ilk müsəlman və Azərbaycanlı mənəm. Yeri gəlmişkən Vətən üçün çox darıxıram".

Qeyd edək ki, əslən azərbaycanlı model Stefano Suaros hələ Azərbaycanda olarkən Asəf Zeynallı adına Musiqi Kollecini bitirib. New Yorkda bir çox fashion şouların açılışına həm model, həm də müğənni olaraq da qatılır.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...