Damlanın prodüsseridən Nura Suriya cavab: "Boş reklam nəyə gərəkdir?" VİDEO

Bir neçə gün bundan öncə atasını itirən müğənni Damla avtomobildə gedərkən ağlaya-ağlaya videosunu prodüsseri "İnstagram" səhifəsində paylaşmışdı. SİA-nın məlumatına görə, onun bu görüntüləri həmkarı Nura Surini qıcıqlandırıb. O, sosial mediada Damlaya söz ataraq, özünü piar etdiyini deyib: “Deyəndə pis oluram, deməyə də bilmirəm. Çünki özüm də bəzi insanların hərəkətinə təəccüblənirəm. Bu qədər də olmaz, axı. Bu nə deməkdir, maşında gedə-gedə ağlayırsan, yanında olan insan səni videoya çəkir və sonra internetdə yayılır. Deməli, bilərəkdən bunu edirlər. Deyir, mən indi ağlayacam, sən də məni çək və sonra sosial şəbəkədə paylaş. Mənim yanımda olan insan mən ağlayanda çəkib internetdə paylaşsa, həmin adamı ayağımın altına salıb təpikləyərəm, ya da polisə verərəm. Yaxşılıq edirlər, amma kameralar önündə.

Həyatım boyu xeyriyyə işləri ilə məşğul olmuşam. Elədiyim heç bir işi başqaları görə bilməz. Ola bilər xeyriyyə tədbiri olsun onu çəkib göstərsinlər. Amma elədiyimi niyə kimsənin gözünə soxum ki? Bu, mənim içimdəki yaxşılıq hissidir. Niyə kiməsə göstərim? Çıxırlar efirə kamera önündə kiməsə pul verirlər. Olmaz ki, bunu reklam vaxtı, yaxud verilişdən sonra edəsiniz, kameranın önündə yox?!”

N.Surinin bu sözlərinə Damlanın prodüsseri cavab verib: "Bu çətin günlər bizə "dostlarımızı" tanıtmağa məcbur etdi. Məni sosial şəbəkədə izləyən hər kəs bilir ki, Damla xanımın hər anında yanındayam və dəfələrlə onun gizlin videolarını çəkmişəm. Sonuncu videomuz da tam təsadüfü çəkilib. Bəzi “sənət dostlarımız” var ki, bu boşluqdan istifadə edərək gündəmə gəlmək istəyir və həmin müğənnini təbrik edirəm, bacardı. Çünki bu gün bir çox saytlar həmin sənətçidən yazır. Amma Damlanın adını da çəksəydin reklamı 2 qat olardı. Boş reklam nəyə gərəkdir? Bir yerdə ki, sənət və səs yoxdur. Bu gün Damla xanımın mənəvi dəstəyə, sevgiyə ehtiyyacı var. Damla xanımın xoş gününü bölüşürüksə, kədərli anını da sevənlərinə göstəririk. Həmin videonu mən çəkmişəm və ecəb etmişəm. Hər zaman öz ampulamızdayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə