İlkin Həsəni Rəhim Rəhimlini "döydü" VİDEO

Müğənni və bəstəkar Rəhim Rəhimli yaradıcılığında maraqlı layihəyə imza atıb. SİA-nın məlumatına görə, uzun müddətdir "Bozbaş Pictures"in filmi olan "Bir xalanın sirri" komediya filminin saund trekinin müəllifləri və ifaçıları Rehim Rehimli və Nadir Nağdpuldur.

Mart ayının 1-i təqdim olunacaq filmin saund trekinə filmin aktyorları və sənətçilər artıq ekran həyatı verib və maraqlı klip ərsəyə gətirib.

Klip Azərbaycanın ən çox aktyorlarının rol aldığı ekran işi kimi də rekorda imza atıb. Klipdə 100-dən çox insan rol alıb.

Klipin ən maraqlı məqamı isə "Bozbaş Pictures" qəhrəmanları ilə Rəhim Rəhimlinin və Nadir Nağqpulun sonda dalaşması səhnəsidir. Hətta sonda İlkin Həsəni Rəhim Rəhimlini döyür.

Klipin rejissoru Anar Hüseynov, operatoru isə Zaur Mehmandır.

Bütün xəbərlər Facebook səhifəmizdə