Müşviq Abbasov aktyorların səhhətindən danışdı FOTO

Xəbər verdiyimiz kimi, “Bu şəhərdə"nin aktyorları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov əməliyyat olunub. SİA-nın məlumatına görə, ssenarist Müşviq Abbasov aktyorun 7 saat əməliyyatda qalmasının səbəbini "İnstagram" səhifəsində aydınlıq gətirib: "Coşqun burnundakı çəpər əyriliyini əməliyyat etdirirdi. Əməliyyat zamanı müəyyən olunub ki, burnunda polip və kista var. Ona görə də proses 7 saat çəkib və onlar təmizlənib”.

Ssenarist Rafaelin də səhhətindən danışıb: “Rafael əməliyyat olunmayıb. Sadəcə endoskopik müayinə edilib. Loru dildə desək, zond udub. Ciddi bir problem yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə