Aşıq Əli 35 kiloqram arıqladı FOTO

Ötən gün sosial şəbəkədə fotosu yayılan aşıq Əli Tapdıqoğlunun görkəmində xeyli dəyişiklik hiss olunub. SİA-nın məlumatına görə, ifaçının plastik əməliyyat etdirdiyi deyilib.

Sənətçi sosial şəbəkədə yayılan şəkli haqqında söz açaraq, arıqladığını bildirib: "Sosial şəbəkədə paylaşılan şəkil fotoşop deyil, 35 kiloqram arıqlamışam. Çəkim 150-dən çox idi. Səhhətimdə problem yox idi, amma gələcəkdə yarana bilərdi”.

İfaçı arıqlamaq üçün plastik əməliyyat etdirmədiyini bildirib: “Bir az yeməkləri və qazlı suyu azaltdım. Artıq 15-20 kiloqramım qalıb. Məni eşidənlərə demək istəyirəm ki, arıqlayanda belə həkimə getmirəm. Deyirlər ki, əməliyyat elətdirib. Mən əməliyyatı sevmirəm. Həkimlər mənə arıqlamağım üçün təmənnasız əməliyyat etmək istəyiblər. Ancaq əməliyyata ehtiyac yoxdur. Özüm normal şəkildə arıqlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...