Murad: "Heç vaxt ailəmi reklam etməyi sevməmişəm" AÇIQLAMA-FOTOLAR

Müğənni, bəstəkar, aparıcı Murad Arif şəxsi həyatından söz açıb. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Mənim üçün şəxsi həyat çox önəmlidir. Heç vaxt ailəmi reklam etməyi sevməmişəm. Ailə mənim üçün balaca dövlətdir. Mənim fikrimcə, hər bir insanın şəxsi həyatı qapalı qalmalıdır. Heç kim müdaxilə etməməlidir. Mənim də gözəl ailəm var. Allahın bu gününə şükür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə