Aygün Bəylər yenidən ərə gedir

Əməkdar artist Aygün Bəylər ərə gedir. SİA-nın məlumatına görə, bu haqda xanəndənin prodüseri Sultan xəbər verib. O, bildirib ki, Aygünlə birlikdə çalışan və dostluq edən Sultan artıq işbirliklərinə son qoyub:

“Aygün Bəylərlə yollarımı ayırdım. Onun haqqında mənə sual verməyin, dostluq da, işbirliyi də bitdi. O, seçimini etdi və artıq həyat yoldaşı ilə xoşbəxtdir. Biz də bir dost kimi xoşbəxt olmağına sevinirik. Toyunda da iştirak etməyəcəm. 5 il ustadın ən sadiq dostu oldum”.

Qeyd edək ki, bir müddət əvvəl A.Bəylərin ailə qurması haqda xəbər yayılmışdı. Sənətçinin ərə getməyə hazırlaşdığı şəxsin nazirlərdən birinin qohumu olduğu deyilirdi. Xanəndə bununla bağlı suallara "Yalandır" cavabını vermişdi.

loading...