Fatimədən Anara: "Get başını dara"

Rəqqasə Fatimə Fətəliyeva ilə stilist Anar Ağakişiyeva arasında qalmaqal səngimək bilmir. SİA-nın məlumatına görə, stilist rəqqasəni "zövqsüz" adlandırıb.

Qarşı tərəf susmayaraq, stilistə cavab verib: "Efirlərdə subyektiv fikir söyləmək lazımdır. Yoxsa bu gün münasibətin yaxşı olan insanı tərifləmək lazım deyil. Mən zövqsüz olsam, 8 ildir xınalar təşkil etmərəm. Xalq xınalarını mənə həvalə edir. Gözəllik salonu müdirəsiyəm. İnsanlar mənim adıma, zövqümə güvənib gəlirlər. Sən zövqdən danışa bilməzsən, get başını dara.

Mənə “Göyçək Fatimə” adını xalq verib. Qurban olum xalqıma, sənin kimilərin fikri mənə önəmsizdir. Kimsən ki, məni zövqsüz adlandırırsan? Sən Yudaşkin ola bilməzsən, zövqdən danışmağa haqqın yoxdur. Pula satılmayın”.

Qeyd edək ki, Anarla Fatimə uzun müddətdir küsülüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə