Əməkdar artist Röya Ayxanın oğlu Hüseyn bu il üçüncü sinifdə oxuyacaq. SİA-nın məlumatına görə, müğənni övladının təhsil aldığı məktəbdən çəkdirdiyi şəkilləri "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Hər kəsə uğur və səbr arzulayıram. Amma "İnstagram"da bundan sonra fikirlərinizi yazmaq olmayacaq. Hamıya şamil etmirəm, amma axmaqlar günü-gündən çoxalır. Mentalitetdən dəm vuranlar, arada özünüz haqda oxuyun. Analar və atalar, Allah bizim əziyyətimizi yerdə qoymasın. 3-cü sinfə də belə başladıq".

Bütün xəbərlər Facebook səhifəmizdə