Günay İbrahimli:"Geyimlərim ürəkaçan deyil"

Müğənni Günay İbrahimli məktəb illərinə geri dönüb. SİA-nın məlumatına görə, sənətçi "İnstagram" səhifəsində əməkdar artist Lalə Məmmədovanın “Məktəb illəri” mahnısını paylaşaraq bu sözləri yazıb: “Bu mahnıya qulaq asanda yəqin ki, hamı duyğulanır. Dinləyəndə o illərə qayıdıram. Biz indiki şagirdlər kimi hər şeyi rahat əldə edə bilmirdik.

Məktəbdə 3 şagirdə bir kitabı ortaya qoyurduq, bir kitab alanda onu cild əvəzi qəzetləyirdik ki, çirklənməsin. Şotka, çöp, rəngli qələmlərə həsrət idik. Rəsm dərsini çox sevirdim, çünki həmin dərs günü sinif yoldaşlarımın qələmləri ilə dəftərimi rəngləyirdim. Düşünürdüm ki, həyatım bu qədər yaxşı mənada rəngarəng olacaq.

Geyimlərimiz də ürəkaçan deyildi. Kimisi qış günü basanoşka ilə, kimisi də kurtka əvəzi pencəklə gəlirdi. Oturacaqlarımıza yastıq qoymaqla özümüzü isidərdik. Sözümün canı odu ki, indi hər şey əldə olunur, bircə oxumaq qalır. Yaxşı oxuyun, şagirdlər. Ata-ananızı sevindirin, bayramınız mübarək”.

Bütün xəbərlər Facebook səhifəmizdə