Firuzə İbadova: "O, mənim sevgilimdir" AÇIQLAMA-FOTO

Bu gün əməkdar artist Firuzə İbadovanın ailəsində xoş gün yaşanır. SİA-ya bu haqda Firuzə xanımın özü açıqlama verib: "Bu gün canım qızım Hülyanın ad günüdür. Qızım sakit həyatıma varlığı ilə sevinc gətirdi. O, olmasaydı mən nə edərdim? Hülya mənim sevgilim, oğlumdur. O, mənim ruhumun qidasıdır. Allaha şükür edirəm ki, o mənə analıq hissini yaşatdırdı. Analıq rütbəsinə ucaltdı. Mən qızımla fəxr edirəm və qürur duyuram".

Bütün xəbərlər Facebook səhifəmizdə