Kərim oğlunu övladlığa götürüb? FOTOLAR

Müğənni Kərim Abbasovun böyük oğlu Seyidlə sosial şəbəkələrdə heç foto yerləşdirməməsi söz-söhbətə səbəb olub. SİA-nın məlumatına görə, ifaçını buna görə qınayıblar. K.Abbasov ona ünvanlanan suallara sərt cavab verib: “Sözüm bəzi ağzıqara və özünü ağıllı kimi göstərənlərədir. Şərhlərdə gic-gic suallar yazırlar: "Hanı sənin o biri oğlun? Niyə onu göstərmirsən? Yusif olandan sonra onu göstərmirsən. Sənin doğma övladın deyil” kimi bəzi dəxlisiz suallar ünvanlanır. Sizə cavab verirəm. Seyid mənim öz övladımdır və ya deyil, bundan kimə nə? Onu övladlığa götürmüşəm, yaxud da zibillikdə tapmışam sizə nə? Sizə kim bu ixtiyarı verib? Yoxsa Seyidi siz geyindirib, siz dolandırırsınız? Bölüşərəm, ya yox, bu mənə aiddir. Gedin öz övladınızın gələcəyi haqqında düşünün. Mənim Seyidimin isti-soyuqluğu heç kimə qalmayıb”.

Qeyd edək ki, Kərim Təranə adlı xanımla ailəlidir. Sənətçi 2012-ci ildə ata olduğu xəbərini yaymışdı. Ötən ilin sentyabrında isə o, ikinci dəfə ata olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə